AFFA-da İsveçrə Konfederasiyasının səfiri ilə görüş keçirildi


90plus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov milli assosiasiyanın inzibati binasında İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb


Görüşdə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, AVRO-2020-nin A qrupunda İsveçrə yığması Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq

0 comments