AFFA daha bir millinin baş məşqçisi ilə yolları ayırıb




AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib.

90plus.az xəbər verir ki, bu barədə İK-nın üzvü Vaqif Sadıqov məlumat verib.


O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.

0 comments