AFFA-dan hakimlərə kompensasiya

AFFA  hakimlərə koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.



90plus.az xəbər verir ki, bu barədə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.


O bildirib ki, 2019-cu ilin yayından hakimliklərə kompensiyaya veriləcək. Bu, kompensasiya o vaxtdan indiyə kimi  oyun idarə etməyən referilərə də şamil olunacaq:

"Azərbaycanda hakimlərin 95 faizinin qonorar hesabına dolanır və hazırda dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətdən dəstək alır. Hakimlərin 2019-cu ilin yayından bəri orta hesabla nə qədər qazanmaqlarından asılı olmayaraq, hamıya pul paylanacaq. Çünki hazırda çempionatların dayanması onların günahı deyil" - Ştixlik bildirib.

0 comments