top of page

AFFA-dan Millinin heyətinə 3 xalın mükafatı


AFFA 3 xala görə yığmaya böyük məbləğ ayırdı


Dünən Millətlər Liqasının II turu çərçivəsində Azərbaycan millisi Kiprlə qarşılaşıb.

90plus.az xəbər verir ki, turnirə məğlubiyyətlə başlayan Canni de Byazinin komandası səfər oyununda 1:0 hesabı ilə qalib gəlib. Bununla da yığmamız həm turnirdə, həm 2020-ci ildə, həm də de Byazinin rəhbərliyi altında ilk qələbəsini qazanıb. AFFA prezidenti Rövnəq Abdullayev əldə edilən nəticəni qiymətləndirib. Belə ki, 3 xal əsas heyət üzvlərini 15000 manat irəli salıb. Sonradan meydana daxil olanlara bu rəqəmin 75 faizi ödəniləcək. Ehtiyatda qalanlar 50 faiz, adları iştirak ərizəsinə düşməyənlər isə 25 faiz mükafat alacaq. (sportinfo.az)

0 comments
bottom of page