AFFA-dan Mingəçevirdə süni örtüklü meydança

AFFA Mingəçevirdə süni ot örtüklü məşq meydançası quraşdıracaq.

90pxəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib.


Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ərazisində salınacaq 113mX76m ölçülü meydançada drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi, həmçinin suvarma sisteminin çəkilməsi nəzərdə tutulub.


Tenderə 2022-ci il 14 yanvar saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün işə başlama tarixi kimi müqavilə bağlandıqdan dərhal sonra – 21 yanvar 2022-ci il müəyyənləşdirilib.

0 comments