AFFA-dan nazirin vəfatı ilə bağlı başsağlığı


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

90plus.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum bunları qeyd edib:

"Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkəmizin futbol ictimaiyyəti adından ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhumun doğmalarına səbir diləyir.

Allah rəhmət eləsin!" - başsağlığıda bildirilir.

0 comments