AFFA İntizam Komitəsi 2 klubu cərimələdi!


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


90plus.az -ın xəbərinə görə, iclasda iki kluba cərimə kəsilib.


19-cu turun “Səbail” – “Keşlə” oyununda meydan sahibi klubun 4 futbolçusu, həmin turun “Qəbələ” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün bu iki klub hər biri 800 manat olmaqla cərimələniblər.

0 comments