top of page

AFFA İcraiyyə Komitəsi sabah legioner limitini müzakirə edəcək

Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı saat 13:00-da başlayacaq.


İclasın gündəliyinə birinci divizionda çıxış edən komandalarla bağlı müzakirə, legioner limitinin müzakirəsi, Azərbaycan çempionatında əvəzetmə sayının artırılması məsələsi, AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə və digər məsələlər daxil edilib.

0 comments
bottom of page