AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.


90plus.az "Report"a istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.


"Kəpəz" klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları 1/4 finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.


0 comments