AFFA İntizam Komitəsi qərarları təqdim edib


İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur; “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

20-ci turun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

0 comments