top of page

AFFA İntizam Komitəsindən 3 kluba maddi cəza!


Bu gün AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.


90plus.az xəbər verir ki, iclasda sözügedən turun “Kəpəz” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ"yə xəbərdarlıq edilib. 


“Turan Tovuz” – “Neftçi” oyununda meydan sahiblərinin azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” 800 manat cərimə edilib. 


Həmin oyunda meydan sahiblərinin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” 1000 manat cərimə edilib.


Yenə həmin oyunda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.


 Və nəhayət, 24-cü turun “Səbail” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

0 comments

Comments


bottom of page