AFFA iki klubu avrokuboklara buraxmadı

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

90plus.az xəbər verir ki, iclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.


UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Neftçi", "Sumqayıt", "Zirə", "Keşlə" və "Sabah"a lisenziya verilib.


"Səbail" və "Qəbələ" isə avrokuboklar üçün lisenziya almayıb. Əvəzində hər iki klub növbəti mövsüm Premyer Liqada iştirak üçün lisenziya əldə edib.


Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.


UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

0 comments

Recent Posts

See All