top of page

AFFA klubları cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 26-cı turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 


Misli Premyer Liqasının 26-cı turunun “Kəpəz” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.


“Kəpəz” – “Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə meydan sahibləri 800 manat cərimə edilib.


26-cı turun “Turan Tovuz” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

0 comments
bottom of page