AFFA liqaların bərpa tarixini uzatdı

AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatların təxirə salınması müddəti növbəti dəfə uzadılıb.



90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları mayın 4-dək təxirə salınıb.


Qeyd edək ki, AFFA daha əvvəl oyunların aprelin 20-dək təxirə salındığını açıqlamışdı.

0 comments