AFFA milliləşdirmə ilə bağlı məlumat yayıb!


AFFA Ozan Can Kökçünün Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvəti qəbul etmədiyinə dair fikirlərinə münasibət bildirib.

Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "90plus"a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasında oynayıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan ehtiyat heyətdə yer alıb. Lakin Kökçü toplanışda iştirak etməyib.

Assosiasiya rəsmisi 23 yaşlı yarımmüdafiəçiyə Azərbaycanın əsas yığmasından heç vaxt dəvət göndərilmədiyini vurğulayıb: "Həmin vaxt Kökçü ehtiyat oyunçu kimi siyahısında nəzərdə tutulub. Bu, rəsmi dəvət anlamına gəlmir. Ehtiyatda olanların xidmətinə əsas siyahıda hər hansı itki baş verdikdə müraciət olunur".

Qeyd edək ki, Ozan Can Kökçünün Türkiyə millisində çıxış edən qardaşı Orkun Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində Ozan Canın Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvətə cavab vermədiyini söyləyib.

0 comments