top of page

AFFA millinin baş məşqçisinə görə İşçi Qrupu yaradır


AFFA Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi ilə bağlı xüsusi İşçi Qrupu yaradacaq.


90plus.az xəbər verir ki, bununla bağlı açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev deyib ki, İşçi Qrupu baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək.


İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq keçirən S.Hacıyev qeyd edib ki, yeni yaradılacaq İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək. Onun sözlərinnə görə, İşçi Qrupda AFFA İcraiyyə Komitəsindən və böyü ehtimalla kənardan şəxslər təmsil olunacaq:  “Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək.  İşçi Qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".


0 comments

Recent Posts

See All
bottom of page