top of page

AFFA millinin yeni baş məşqçisi məsələsi ilə bağlı açıqlama verib.


Son günlər Azərbaycan milli komandasının yeni baş məşqçisinin kim olacağı böyük maraq doğurur.


90plus.az qol.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, hazırda AFFA heç bir məşqçi ilə danışıqlar aparmır. Millinin növbəti oyununun martda olacağını söyləyən qurum rəsmisi deyib ki, ona kimi kifayət qədər vaxt var.


O, qeyd edib ki, məsələ ilə AFFA-ın yaradacağı İşçi qrup məşğul olacaq.


Qeyd edək ki, son günlərdə Türkiyə mediasında AFFA-nın türk mütəxəssis Şenol Güneşlə müzakirələrə başladığına dair iddialar yayılmışdı.

0 comments
bottom of page