
Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
90plus.az xəbər verir ki, Mehtiyeva "Valmiera" (Latviya) və "Suduva" (Litva) komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 15-də Riqada keçiriləcək.