AFFA-nın Bəhlul Mustafazadənin xaricə buraxılmamasına münasibəti



90plus.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib:


"Bəhlul "Sabah"ın futbolçusudur, onu buraxıb-buraxmamaq öz işləridir. Klubla əlaqə saxlayıb, maraqlanmışıq. Orada vəziyyət mətbuatda yazılan kimi deyil, bir az fərqlidir. Klubun qərarına hörmətlə yanaşırıq".


Qeyd edək ki, Danimarkanın "Vejle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"-a təklif göndərsə də, Bakı klubu 24 yaşlı müdafiəçini buraxmaqdan imtina edib.

0 comments