top of page

AFFA-nın baş katibi Gəncədə

AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncə şəhərinə səfər edib.


90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərdə baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.


"Kəpəz" Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

0 comments
bottom of page