AFFA-nın yeni Nizamnaməsi - İcraçı prezident vəzifəsi yaradılıb!

“Bulvar hotel”də AFFA-nın növbədənkənar Konfransı keçirilib.



90plus.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Konfransda Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilib:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.


0 comments

Recent Posts

See All