top of page

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.


90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı fevralın 2-də “Baku Marriott Hotel Boulevard” otelində gerçəkləşəcək.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.


Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:


- Prezident tərəfindən iclasın açıq elan edilməsi;


- Konfransın tərkibinin yoxlanılması;


- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;


- Maliyyə hesabatlarının təsdiq olunması;


- Müstəqil auditorun hesabatını nəzərə almaq;


- Hər hansı vakant vəzifəyə seçkilər;


- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;


- Digər məsələlər.


Konfransa giriş dəvətnamə ilə olacaq.

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

0 comments
bottom of page