top of page

AFFA-nın nın növbəti Hesabat Konfransı bu tarixdə keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.


90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.


Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.


Gündəliyə prezident tərəfindən iclasın açılışı, Konfransın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər daxil edilib.



0 comments
bottom of page