top of page

AFFA-nın qərarı ilə “Səbail” futbolçuya 70.000 manat ödəməlidir!


Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, ilin son iclasında  "Səbail"in sabiq futbolçusu Tural Bayramlının nümayəndəsi Elcan Həsənlinin verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verilib. 

Bildirilib ki, iddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilib.

Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat ödəməli olacaq.


Apellyasiya şikayəti qalan hissəsi təmin edilməyib.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.


Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

0 comments
bottom of page