
AFFA-nın "Zəfər" turniri
AFFA 44 günlük Vətən müharibəsinə həsr olunan maraqlı turnir təşkil edir.
90plus.az xəbər verir ki, turnirdə Premyer Liqada çıxış edən 8 komanda, AFFA və PFL adından komanda iştirak edəcək.
Komandanın tərkibi İdarə Heyəti üzvləri və sabiq futbolçulardan ibarət olacaq. Yarışın püşkatması bu gün keçirilib.
"Zəfər" turniri fevralın 10-11 tarixlərində baş tutacaq. Qalib AFFA tərəfindən mükafata layiq görüləcək.
1/8 final
AFFA – “Sabah” “Səbail” – “Sumqayıt”
1/4 final
“Keşlə” – PFL “Qəbələ” – “Neftçi” “Zirə” – (“Səbail” – “Sumqayıt” cütünün qalibi) “Qarabağ” – (AFFA – “Sabah” cütünün qalibi)