
AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Voyislav Stankoviçi 2 oyunluq cəzalandırıb.
90plus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
O, Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ”a qarşı matçda (2:4) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb. Klub isə 1600 manat cərimə edilib.