top of page

AFFA "Neftçi"nin prezidentini cəzalandırdı

AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”la ilk matçın fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələr səbəb olub.


Buna görə, Kamran Quliyev Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimə edilib. Ona 6 aylıq sınaq müddəti təyin edilib.


Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.



0 comments
bottom of page