AFFA Premyer Liqanın 3 klubunu futbolçularına görə cərimələyib


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən 3 klub futbolçularına görə cəzalandırılıb. Premyer Liqanın XIII turunun “Səbail” komandası ilə ev oyununda “Keşlə”nin hücumçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Qəbələ”ni qəbul etdiyi qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Zirə" 800 manat cərimələnib. “Qəbələ”nin futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klub 200 manat cəriməyə məruz qalıb. I Divizionda isə XI turun MOİK – “Kəpəz” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etməyib. Bu səbəbdən, "hərbçilər" 40 manat ziyana düşüb. MOİK daha 80 manat cəriməni nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün ödəməli olacaq. MOİK-in futbolçusu Elşən Veysov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cəriməyə məruz qalıb. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Qəbələ-2” ilə səfər matçında “Qaradağ Lökbatan”ın nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. “Sumqayıt-2” - “Zaqatala” görüşündə hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komandalar hərəyə 80 manat ziyana düşüb. “Səbail-2” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Keşlə-2” 80 manat cərimələnib.

0 comments