AFFA "Qəbələ" və "Zirə"yə görə fövqəladə iclas keçirir

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

90plus.az AFFA-nın saytına istinadən xəbər ki, iyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq. İclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir.


Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.

0 comments