top of page

AFFA "Qarabağ"ın oyunçusunu cəzalandırdı

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb.


90plus.az xəbər verir ki, buna 27 yaşlı hücumçunun "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçu Todor Todoroskiyə əl-qot atması səbəb olub.


"Köhlən atlar" 2400 manat məbləğində cərimələnib.


Bundan əlavə, Todoroski də əl-qol atdığı üçün eyni cəza ilə üzləşib. "Gənclik şəhəri" təmsilçisi Şimali Makedoniyadan olan futbolçuya görə 2400 manat ziyana düşüb.



0 comments
bottom of page