AFFA Qarabağ Dirçəliş Fonduna ianə etdi!


AFFA Qarabağ Dirçəliş Fonduna (QDF) 15 300 manat ianə edib.

"90plus" xəbər verir ki, milli assosiasiya ilə QDF arasında sentyabrın 13-də imzalanmış “Anlaşma Memorandumu”na əsasən, Azərbaycan yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçirildiyi bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 faizi Fondun bank hesabına köçürülüb.

Bu, sözləşmənin bağlandığı tarixdən sonra baş tutmuş qarşılaşmalara şamil edilib.

0 comments