AFFA "Qarabağ" və "Neftçi" futbolçularını cəzalandırıb


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda matçın 73-cü dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Medina Renteria Kevin David “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimələnir. (maddə 37.3)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda matçın 22-ci dəqiqəsində “Neftçi” klubunun 26 nömrəli futbolçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 36.1)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 36 nömrəli futbolçusu Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 6 nömrəli futbolçusu Stankovic Vojislav qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur. (maddə 40)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Sumqayıt” – “Səbail” oyununda matçın 90+5-ci dəqiqəsində “Səbail” klubunun 1 nömrəli futbolçusu Ağayev Kamran “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 36.1)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 16 nömrəli futbolçusu Keşavarzi Peyman qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)


13.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)


14.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)


14.02.2021-ci ildə Premyer Liqanın XV turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

0 comments