AFFA rəsmiləri Millətlər Liqasına təyinat alıblar


AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb. 90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, noyabrın 9-da Oslodakı "Ullevaal” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0 comments