AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.

90plus.az xəbər verir ki, Məhərrəmov mayın 19-da keçiriləcək A qrupunun Almaniya – Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.


Məhərrəmov daha əvvəl B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya qarşılaşmalarında iş başında olub.


Avropa çempionatı iyunun 1-də başa çatacaq.

0 comments