AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan yeni təyinat alıb.
90plus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli funksioner Uelsdə TNS və Lüksemburqun “Svift” komandaları arasında keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 3-də keçiriləcək.