AFFA rəsmisi PSJ-nin oyununa təyinat alıb


AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq təyinat alıb. 90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Mehdiyeva Fransanın qadınlardan ibarət "Lion" və PSJ komandaları arasında keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, qarşılaşma aprelin 24-də keçiriləcək.

0 comments