top of page

AFFA rəsmisi “Trabzonspor”un matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.


90plus.az xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.


Qeyd edək ki, fevralın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

0 comments
bottom of page