top of page

AFFA rəsmisi Uels – Belçika oyununa təyinat aldı


AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb. 90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı funksioner UEFA Millətlər Liqasında A liqasının 4-cü qrupunda Uels – Belçika matçının hakim-inspektoru olacaq. Görüş iyunun 11-də Kardiff şəhərində keçiriləcək.

0 comments
bottom of page