top of page

AFFA Region Liqası: Yeni mövsüm başlayır


AFFA Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi müəyyənləşib.


90plus.az AFFA-ya istinadən xəbər verir ki, oktyabrın 19-da yeni mövsümün püşkü atılacaq.


Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.


AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər. İştirakçılardan 18-i turnirdə debüt edəcək.


Mərkəz zonası: “Ərgünəş”, “Göyçay”, “Hacıqabul”, “Ağcabədi”, “Araz” (İmişli), “İsmayıllı”, “Mil”, “Ümid” (Saatlı).

Cənub zonası: “Biləsuvar”, “Ərkivan” (Masallı), “Lənkəran”, “Masallı”, “Neftçala”, “Qobustan”, “Zəfər 44”.

Şimal-Qərb və Qərb zonası: “Ağstafa Gəncləri”, “Balakən”, “Bərdə”, “Göyəzən”, “Qala” (Goranboy), “Qarxun” (Yevlax), “Şəki”, “VT Gəncə”.

Paytaxt və Şimal zonası: “Çinar Zəngilan”, “Cürət”, “Dirçəliş”, “Gənclər”, “Gənclik”, “Hypers”, İCBFA, “İrəvan”, “Lokomotiv Baku”, “Mübariz”, “Ramana” (Abşeron), “Record Club”, “Şimal” (Xaçmaz), “Şirvanovka”, ŞKGB (Xaçmaz), “Xanlıq” (Qubadlı).


Qeyd edək ki, püşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.

0 comments

Comments


bottom of page