AFFA Region Liqasında çıxış edən 2 klubu topla təmin etdi

Qərb Regional Futbol Federasiyasının müraciətininə əsasən, AFFA tərəfindən Qərb-Tovuz zonası üzrə U-10, U-11, U-12, U-13, U-14 liqalarında mübarizə aparan Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonunu təmsil edən komandalar inventarla təmin edilib.

90plus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


QRFF-nin nümayəndələri vasitəsilə “Gülül” (Ağstafa), “Qala” (Şəmkir), “Ağstafa Gəncləri”, “Şəmkir”, “Qazax Gənclər” komandalarına top, forma və fərqləndirici gödəkçələr verilib.


AFFA Qərb Regional Futbol Federasiyasının müraciətinə əsasən, AFFA Region Liqasında çıxış edən “Göyəzən” və “Ağstafa” komandalarını da topla təmin edib.

0 comments