top of page

AFFA rəsmisi Konfrans Liqasına təyinat alıb


AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb. 90plus az xəbər verir ki,, o, Qazaxıstanın "Tobol" və Slovakiyanın "Jilina" komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, matç bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

0 comments
bottom of page