top of page

AFFA “Sumqayıt” və “Turan”ı cərimələdi!


Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının 28-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda sözügedən turun “Səbail” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilir.


Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilir.


Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” isə 1500 manat cərimə edilir.

0 comments
bottom of page