AFFA-dan Bakı, Mingəçevir və Tovuzda stadion üçen tender!


AFFA Bakı şəhərində (Bayıl stadionu), Mingəçevir şəhərində və Tovuz rayonunda standart ölçülərə malik (oyun sahəsi - 105m x 68 m) futbol meydanlarının quraşdırılması ilə bağlı tender elan edir.


90plus.az qurumun saytına istinadən xəbər verir ki, qiymət təklifi sənədi belədir: Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər. Tenderin müddəti: 10 dekabr 2021-ci il, saat 17:00 Ödəniş şərtləri: 30% müqavilə imzalandıqdan sonra, 30% mallar istehsal olunduqdan sonra, 30% ot örtüyü quraşdırıldıqdan sonra, 10% ot örtüyü müvafiq FİFA sertifikatı aldıqdan sonra Quraşdırılma tarixləri: Aprel, may, iyun 2022-ci il

0 comments