AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə edib


AFFA Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı bir sıra qurumlara biletlərin ayrılması barədə qərar qəbul edib. 90plus.az xəbər verir ki, korporativ sosial məsuliyyət təşəbbüsü ilə "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, koronavirus pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) bitetlə təmin edilib. İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsinin iştirakı ilə sözügedən qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub. Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

0 comments