AFFA və Türkiyə brendi arasında əməkdaşlıq bağlanacaq


AFFA və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb. 90plus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, tərəflər iyunun 15-də milli assosiasiyanın inzibati binasında rəsmi sözləşməyə imza atacaqlar. Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.

0 comments