AFFA VAR sistemi üçün sponsor tapıb




AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR (videoköməkçi hakim) sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.


90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bir illik sözləşməyə əsasən, Bakı Olimpiya Stadionundakı VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.


Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

0 comments