AFFA veteran futbolçunun əməliyyat xərclərini öz üzərinə götürüb!


AFFA “Neftçi” klubunun sabiq futbolçusu və Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun əməliyyat xərclərini öz üzərinə götürüb.

Bu barədə “90plus”a milli assosiasiyanın vitse-prezindenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.


Onun sözlərinə görə, Azərbaycanda daha əvvəl heç vaxt belə bir əməliyyat olunmadığı üçün Türkiyədən xüsusi professor dəvət edilib: “Çox ağır əməliyyatdır. AFFA bütün xərcləri öz üzərinə götürüb. Bununla belə, klublar, bütün futbol ailəsi olaraq, Şakir Qəribovu tək qoymamalıyıq”.

Sədr əməliyyatın dəqiq vaxtını da açıqlayıb: “Şakir müəllim artıq bütün müayinələrdən keçib, əməliyyat oktyabrın 23-də olacaq. Təəssüf ki, belə bir duruma düşüb. AFFA rəhbərliyi əlindən gələni edir. İnanıram ki, klublar da bu işdə öz dəstəyini əsirgəməyəcək”.

Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində “Neftçi”də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, “Neftçi” və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.

0 comments