AFFA virusu yalanladı: Mahirdə heç bir simptom yoxdur!


Koronavirusa yoluxmuş Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumu açıqlanıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "90plus"a açıqlamasında 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib.

"Mahirin hansısa simptomu yoxdur. Yığma komanda artıq dünən test verib, əlavə testə ehtiyac yoxdur" deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0 comments