top of page

AFFA “Zirə”nin şikayətini təmin edib


AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlayıb.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə"nin, futbolçusu Vladislav Kulaçın Premyer Liqasının 12-ci turunda "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılması ilə bağlı şikayəti qismən təmin edilib. Hücumçunun diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.


Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.

0 comments
bottom of page