top of page

Afrika kubokunu qazanan futbolçu: “Atamın xatirəsinə hərbi salam verirəm”



Bu gün Fil Dişi Sahili millisi ilə Afrika Millətlər Kubokunu qazanan, Nigeriyaya vurulan (2-1) 2 qoldan birinin müəllifi Frank Kessye maraqlı açıqlama verib.


90plus.az xəbər verir ki, Kessye jurnalistin ”Niyə qollardan sonra hərbi salam verirsiniz?” sualına belə cavab verib:


"Mənim atam keçmiş futbolçu olub, sonra əsgər oldu və dünyasını dəyişdi. Onda 11 yaşım var idi. Ona görə də hər qoldan sonra atamın xatirəsinə hərbi salam verirəm".


Qeyd: Kessye Fil Dişi Sahilinin Afrika Millətlər Kuboku finalında qələbə qollarından ilkini vurub!







0 comments
bottom of page